Müğənni Günay İbrahimlinin bacısı İlahə atası ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, atasının 61 yaşı tamam olmasını münasibəti ilə sənətçinin bacısı və anası İlhamə xanım ona xoş sürpriz edib.
Belə ki, mətbəxdə masa arxasında əyləşən atasının qarşısına xanımı şamlarla bəzədilmiş tort gətirib.
Bundan xoşhal olan İbrahimlinin atası arzu tutaraq şamları üfürüb. Həmin anları isə İlahə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Günay İbrahimli hazırda rəfiqəsi ilə İtalyada istirahətdədir.
Rəşad Əliyev, Bizim.Media