Ermənistanda Lavrova qarşı etiraz aksiyasının PƏRDƏARXASI 

Ermənistanda Lavrova qarşı etiraz aksiyasının PƏRDƏARXASI 

Hazırda oxunan: Ermənistanda Lavrova qarşı etiraz aksiyasının PƏRDƏARXASI 

20307

Ermənilər Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvan səfərini etirazla qarşıladılar. 5 may gecə saatlarından başlayan aksiyalarda saxlanılanlar da olub. 

Erməniləri ayaqda tutan yeganə real qüvvəyə etirazın səbəblərini öyrənmək üçün politoloq Fərhad Məmmədovla əlaqə saxladıq. 

“Etiraz edənlər Milli Demokratik Qütb adlanan siyasi blokdur. Bu blokun əsasını isə qərbpərəst, yarı terror təşkilatı olan “Sasna Tsrer”, Avropa partiyası və bir neçə xırda təşkilatlar təşkil edir. Onlar Rusiyaya qarşı olan qərbyönümlü siyasi qüvvələrdir”.

Politoloqun sözlərinə görə, sözügedən siyasi qüvvə Ermənistandakı etiraz aksiyalarında “məşəl etiraz”çıları kimi də tanınırlar:

“Demək olar ki, yeganə qərbpərəst siyasi qüvvədir ki, Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması, eyni zamanda İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından çıxmasının tərəfdarıdır. Onun da rəhbəri Jirayr Sefilyandır. Jirayr Sefilyan 2016-cı ildə terror aktına görə həbs olunsa da, Paşinyan hakimiyyətə gələndən sonra sərbəst buraxılıb”.

Həbsən çıxandan sonra isə Jirayr Sefilyan terror təşkilatı olan “Sasna Tsrer”in siyasi partiya kimi qeydiyyata alınmasına nail olub: 

“Ermənistan cəmiyyətində Rusiyadan narazılıq ondan ibarətdir ki, müharibə dövründə Kreml ermənilərə lazımi dəstək vermədi. Digər tərəfdən, Baydenin həmin bu uydurma “soyqırım”ı tanıması, ABŞ səfirinin Zəngəzura səfəri, Ermənistana kiçik də olsa maliyyə dəstəyinin verilməsi artıq onu göstərir ki, Vaşinqton da Ermənistanda fəallığını artırır. Amerika Rusiyanın tək vasitəçi olmasına qarşıdır. Buna görə də, Sasna Tsrer kimi siyasi partiyaları Ermənistanın daxilində istifadə edir”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO