Qusar çayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Qusar çayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Hazırda oxunan: Qusar çayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

203034

Bakı-Quba-Rusiya sərhədi yolunun 182-ci km-də, Quba rayonunun ərazisində yerləşən Qusar çayın üzərindəki körpü müvəqqəti bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yol açılıb. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba "5 Saylı Yol İstismarı" MMC-nin baş mühəndisi Rövşən Babayev məlumat verib. 

Onun sözlərinə görə, 1972-ci ildə istifadəyə verilmiş Qusar çayın üzərindəki körpü uzun müddətdir təmir olunmayıb: 

“Bu səbəbdən 146 metr uzunluğu, 8 aşırımı olan körpünün 2 aşırımı qəzalı və təhlükəli vəziyyətə düşüb. Hər hansı bədbəxt hadisənin qarşısını almaq üçün körpü təmirə dayanıb. Körpünün 2 aşırımı əsaslı bərpa ediləcək. Bərpa işləri iki ay müddətinə aparılacaq. Körpünün bərpadan sonra açılışı sentyabrın 15-i nəzərdə tutulur". 
 
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO