Növbəti ilin yanvarında minimum əməkhaqqı arta bilər. Bununla bağlı təkliflər hazırlanır.
Bizim.Media Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov danışıb.
Onun sözlərinə görə, son günlər minimum əməkhaqqının nə zaman artması ilə bağlı xeyli suallar var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə qədər təqdim olunacaq.
Minimum əməkhaqqının artması isə 700 mindən artıq vətəndaşı əhatə edəcək.
Bizim.Media