Belqorod vilayətinin kəndi atəşə tutuldu, 9 nəfər yaralandı

Belqorod vilayətinin kəndi atəşə tutuldu, 9 nəfər yaralandı

Hazırda oxunan: Belqorod vilayətinin kəndi atəşə tutuldu, 9 nəfər yaralandı

202946

Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

“Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır”, – vilayətin rəhbəri qeyd edib.
Qladkovun sözlərinə görə, Şebekinoda səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.

“Evlərdən biri tamamilə məhv olub, iki avtomobil yanıb”, – qubernator vurğulayıb.

Xatırladaq ki, ötən gün Qladkov Şebekinodakı sənaye müəssisəsinin ərazisinə mərmi düşdüyünü bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO