“Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olur. Yəni, faktların manipulyasiyası, yanlış narrativlər, biz uzun illər ərzində bunun qurbanı olmuşuq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Şuşada II Qlobal Media Forumu keçirilir, İlham Əliyev Forumda çıxış edir - VİDEO
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Onlardan biri Ermənistan ilə Azərbaycan arasında olan münaqişə və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər”.