İşğaldan azad olunan ərazilərdə yanğın: İki helikopter cəlb olundu - VİDEO 

İşğaldan azad olunan ərazilərdə yanğın: İki helikopter cəlb olundu - VİDEO 

Hazırda oxunan: İşğaldan azad olunan ərazilərdə yanğın: İki helikopter cəlb olundu - VİDEO 

202708

Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verib, iki helikopter cəlb olunub. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə həmin ərazilərdə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. 
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO