Taksidən kənarlaşdırılan şəxslərə avtobus sürücüsü olmaq təklif edilib

Taksidən kənarlaşdırılan şəxslərə avtobus sürücüsü olmaq təklif edilib

Hazırda oxunan: Taksidən kənarlaşdırılan şəxslərə avtobus sürücüsü olmaq təklif edilib

202682

Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu müraciət Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tərəfindən səsləndirilib. 

Onun sözlərinə görə, son zamanlar bir çox sürücü taksi fəaliyyətindən uzaqlaşdırılıb və onların məşğulluğu ilə bağlı suallar yaranır. 

Nazir müavini qeyd etdi ki, məşğul olmayan sürücülər avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var. 

Rəhman Hümmətovun sözlərinə görə, təkcə "BakuBus" şirkətinin hazırda 1 000 artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO