Ülviyyə ilk dəfə boşanmasından DANIŞDI:

Ülviyyə ilk dəfə boşanmasından DANIŞDI: "Muradla barışmaq fikrim yoxdur" – VİDEO 

Hazırda oxunan: Ülviyyə ilk dəfə boşanmasından DANIŞDI: "Muradla barışmaq fikrim yoxdur" – VİDEO 

202498

Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı, aktyor Murad İsmayılla boşanmasından söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Ülviyyə “YouTube”da yayımlanan “Suallar cavablar” layihəsində danışıb. 

Ü.Xəlilbəyli M.İsmayılla rəsmən boşandığını təsdiqləyib: 

“Şir bürcü ilə əkizlər heç vaxt tutmur. Buna qədər paylaşılan heç bir xəbər doğru olmayıb. Duyğusal biriyəm, paylaşmışam, saytlar verib. Sırf xəbər olsun deyə etməmişəm. Heç mənə sual verməyib paylaşırdılar. Özüm belə özümlə bağlı xəbərləri görməkdən bezmiş adamam. Bəli, rəsmən boşanmışam. Muradla münasibətim var, uşaqlarımın atasıdır. Biz dostuq. Uşaqlar mənimlə qalır. Ataları ilə görüşürlər”. 

Ülviyyə bildirib ki, Muradla yenidən barışacağı haqda düşünmür və belə niyyəti yoxdur: 

“Bu haqda düşünmürəm. Biz onsuz küsülü deyilik, dostluğumuz davam edir. Düşmən deyilik. Uşaqlarımız var. Yenidən bir araya gəlmək fikrim yoxdur”. 

Qeyd edək ki, Ülviyyə və Murad cütlüyünün bu nikahdan Fuad və Rəsul adlı iki oğlan övladı var. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO