“Məhərrəm ayı niyə müqəddəs sayılsın ki?” – Elşad Miri

“Məhərrəm ayı niyə müqəddəs sayılsın ki?” – Elşad Miri

Hazırda oxunan: “Məhərrəm ayı niyə müqəddəs sayılsın ki?” – Elşad Miri

202381

“Məhərrəm ayının müqəddəs olması fikri və özü Quranda yoxdur. Ramazan və Şaban ayları ilə bağlı da eyni reallıqdır. İslamdan əvvəlki dövrdə bu aylar var idi. Ancaq belə xüsusiləşməmişdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

O bildirib ki, Məhərrəm ayını özləri üçün dəyərli hesab edən insanlara hörmətlə yanaşır:

“Ancaq ortaya sual çıxır: Minlərlə şəhid verdiyimiz 44 günlük savaşı və həmin ayı müqəddəs hesab edirikmi? Bir şeyin müqəddəs olmasına Allah qərar verə bilər. Allah peyğəmbərlərini belə müqəddəs hesab etməyibsə, hansısa ayı, günü müqəddəs hesab etmək nə dərəcə doğrudur? 

Hələ cümə gününü də müqəddəs hesab edirlər. Cümə günü müqəddəs deyil, sadəcə yığışma günüdür”, - deyə Elşad Miri qeyd edib.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO