"Şerif" "Zirə" ilə oyundan əvvəl nigeriyalı futbolçu aldı

Hazırda oxunan: "Şerif" "Zirə" ilə oyundan əvvəl nigeriyalı futbolçu aldı

202169

"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şerif" növbəti transferini həyata keçirib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi Gideon Uçe Qudladı transfer edib.

19 yaşlı nigeriyalı yarımmüdafiəçi İsrailin "Makkabi" (Petah-Tıkva) klubundan heyətə cəlb olunub.

Qeyd edək ki, "Zirə" ilə "Şerif" arasında Moldovada keçirilən ilk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması iyulun 18-də “Dalğa Arena”da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO