Dünən dənizdə batan məktəbli imiş... – FOTO  

Dünən dənizdə batan məktəbli imiş... – FOTO  

Hazırda oxunan: Dünən dənizdə batan məktəbli imiş... – FOTO  

202115

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 1 nəfər dənizdə batıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, həmin şəxs orta məktəb şagirdidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bilgəhdə dənizdə batan şəxsin axtarışına helikopter cəlb edildi - VİDEO 


Məhəmməd Nəsirov adlı yeniyetmə 108 saylı orta məktəbin 10a sinif şagirdi olub.  

Qeyd edək ki, ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. 
Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub”. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO