Hazırda Astarada hava şəraiti kəskin dəyişib.
Bizim.Media xəbər verir ki, səhər saatlarından yağan leysan yağışlar nisbi zəif küləklə müşahidə olunur.
Kiçik kənd çaylarında sululuq artıb.
Qeyd edək ki, sinoptiklər bir neçə gün ərzində ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə baglı xəbardarlıq ediblər.
Sabutay, Bizim.Media, Cənub bürosu