Lənkəranda mağazada tanınmış iş adamının meyiti tapıldı – YENİLƏNİB/FOTO   

Lənkəranda mağazada tanınmış iş adamının meyiti tapıldı – YENİLƏNİB/FOTO   

Hazırda oxunan: Lənkəranda mağazada tanınmış iş adamının meyiti tapıldı – YENİLƏNİB/FOTO   

201828

Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki,meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub.

İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib. 

Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub. 

*** 11:37

Lənkəranda mağazada meyit aşkar olunub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb. 

İlkin məlumata görə, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirmiş. 

Hazırda rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. 

Hadisənin təfərrüatları dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO