Bağ sahələrində narkotik yetişdirən Lerik sakinləri saxlanıldı – FOTO  

Bağ sahələrində narkotik yetişdirən Lerik sakinləri saxlanıldı – FOTO  

Hazırda oxunan: Bağ sahələrində narkotik yetişdirən Lerik sakinləri saxlanıldı – FOTO  

201816

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Zaur Məmmədov və Zöhrab Tahirov saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslərin yaşadıqları ünvanlara keçirilən baxış zamanı bağ sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 26 ədəd çətənə kolu, əlavə olaraq isə Z.Məmmədovun həyətdəki yardımçı tikilidə, Z.Tahirovun isə torpağa basdırılaraq gizlətdiyi marixuana aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Faktlarla bağlı araşdırmalar aparılır. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO