“Araz Naxçıvan” Türkiyə klubu ilə qarşılaşacaq

“Araz Naxçıvan” Türkiyə klubu ilə qarşılaşacaq

Hazırda oxunan: “Araz Naxçıvan” Türkiyə klubu ilə qarşılaşacaq

201772

İyulun 10-da Türkiyəyə yola düşən “Araz-Naxçıvan” dünəndən məşqlərini Erzurumda reallaşdırır. 

Bizim.Media xəbər verir ki, komanda üzvləri əvvəlcə fitnes məşqlər edib, günün ikinci yarısında isə hazırlıq prosesi yaşıl meydanda reallaşdırılıb. 

Yeni transferlərdən Benny də artıq komandanın düşərgəsindədir.

Baş məşqçi Elmar Baxşıyev hazırkı heyətlə ilk sınağını iyulun 16-da verəcək. Həmin gün keçiriləcək yoxlama oyununda “qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. 
Toplanış çərçivəsində daha 2 oyun keçiriləcək. Matçların tarixi və rəqiblər hələ məlum deyil.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO