Birinci Qarabağ müharibəsinin daha bir şəhidi Qubada torpağa tapşırıldı – FOTO/VİDEO 

Birinci Qarabağ müharibəsinin daha bir şəhidi Qubada torpağa tapşırıldı – FOTO/VİDEO 

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin daha bir şəhidi Qubada torpağa tapşırıldı – FOTO/VİDEO 

201711

Qubada Birinci Qarabağ müharibəsində itkin düşmüş və artıq kimliyi rəsmi şəkildə təsdiqlənmiş şəhid İdris Baxışovun dəfn mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə Bakı-Quba yolunun rayonun Zərqava kəndinə dönən hissəsində şəhidin qalıqları olan tabutunun ehtiramla qarşılanması mərasimi keçirilib. 

Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, sakinlər, şəhidin yaxınları 31 il sonra şəhid kimi doğma rayonuna dönən İdris Baxışovun nəşini böyük ehtiram və hörmətlə qarşılayıblar. Sonra cənazəni aparan avtomobil karvanı İdrisin doğulduğu Qənidərə kəndinə istiqamət alıb. Ata evində vida mərasimindən sonra İdris Baxışovun tabutu kənd qəbiristanlığına aparılıb. 

Sonra şəhid İdris Baxışov iyulun 3-də 91 yaşında vəfat etmiş anası, atası və qardaşının yanında torpağa tapşırılıb. 
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını şəhidin qardaşı Oruc Baxışova təqdim edib.

Şəhid İdris Baxışovun qardaşının məktəbli nəvəsi Nurlan Baxşıyev Bizim.Media-ya şəhid əmilərinin tapılmasında əziyyəti olanların hamısına təşəkkür edərək İdris Baxşıyevlə fəxr etdiklərini deyib. 

Qeyd edək ki, Quba rayonundan Birinci Qarabağ müharibəsində 61 itkin şəhid olub.

İdris Baxışov qalıqları tapılan 1-ci şəhiddir. Qalan 60 şəhidin ailəsi onlardan xəbər gözləyir. 





























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO