Türkiyədə ukraynalı qızlar saxlanıldı - Yaxtada çılpaq fotosessiya ediblər - FOTO

Türkiyədə ukraynalı qızlar saxlanıldı - Yaxtada çılpaq fotosessiya ediblər - FOTO

Hazırda oxunan: Türkiyədə ukraynalı qızlar saxlanıldı - Yaxtada çılpaq fotosessiya ediblər - FOTO

20167

Ukraynalı qızlar Türkiyədə nalayiq davranışlarına görə tutulublar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı REN TV yerli xəbər portallarına istinadən yazıb.

Qızlardan birinin dediyinə görə, o, dostları ilə Muğla əyalətinin Göcek qəsəbəsi sahillərində yaxtada üzüblər. Turistlər çılpaq fotosessiya təşkil etmək qərarına gəliblər. 

Onları isə yaxınlıqdakı bir gəmidən videoya çəkiblər və internetdə paylaşıblar.

Bu görüntülər Türkiyə mediasında rezonans doğurub. Hadisə səbəbindən qızlar dindirilmək üçün polisə çağırılıb.

Ukraynalı qız Dubayda bənzər bir hadisəni xatırladıb. Gənc çılpaq qızlar Dubai Marina kurort ərazisindəki bir göydələnin balkonunda fotosessiya üçün poz veriblər. Nəticədə onlar vətənlərinə deportasiya ediliblər.

"Artıq başa düşdük ki, müsəlman ölkələrində çılpaq fotoşəkil çəkdirmək olmaz. Bunu balkon insidentindən sonra anladıq. Ancaq dəqiq başa düşmək üçün yenidən səhv etməlisən. Ya da bunu gizli həyata keçirməlisən”, deyə o, qeyd edib.

Əlavə edib ki, onunla və qızlarla bağlı hazırda heç bir problem yaşanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO