“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi YÜKSƏLİB

“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi YÜKSƏLİB

Hazırda oxunan: “Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi YÜKSƏLİB

201606

Azərbaycan “Vikipediya” icmasının səmərəli və uğurlu fəaliyyəti nəticəsində virtual ensiklopediyanın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət göstəricisi) 45-dən 46-ya yüksəlib. Son bir ildə 7 pillə dərinlik artıb.

Azərbaycan Milli Elmlər Akademiyasından Bizim.Media-ya bildirilib ki, bu irəliləyiş “Vikipediya”da məqalə yaradanların sayının artdığını və xüsusən keyfiyyətli, məzmunlu məqalələrin yaradılmasına daha çox üstünlük verildiyini göstərir.

Bu, həm də müxtəlif mövzular ətrafında məqalələrin yaradıldığını göstərir. Redaktəyə ehtiyacı olan məqalələr təkmilləşdirilir və oxucuların istifadəsinə təqdim edilir.
Bir neçə ildir ki, AMEA institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Son bir ildə isə AMEA Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri təşkil edilir.

Könüllü qruplar “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin yaradılmasına və zənginləşdirilməsinə töhfə verirlər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO