Sosial şəbəkələrdə yayılan məlumatlara görə, REAL partiyasının sədri İlqar Məmmədov və “Ağ” Partiya başqanı Tural Abbaslı Nəsimi rayonunda eyni dairədən namizədliklərini irəli sürəcəklər. Bu iddia vətəndaşlarda partiyalar arasında ciddi mübarizənin olması ilə bağlı müxtəlif fikirlər yaradıb.
Bizim.Media məlumatı dəqiqləşdirmək üçün partiya rəhbərləri ilə əlaqə saxlayıb.
“Ağ” Partiyanın sədri Tural Abbaslı yayılan iddianın doğru olmadığını deyib:
“Bu məlumat doğru deyil. Mən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən sənədlərimi vermişəm. İlqar Məmmədov isə 23 və ya 22 saylı Nəsimi-Səbail seçki dairəsindən birindən sənədlərini verib. İkisindən birinin olduğu dəqiqdir. Doğrudur, hər ikisi qonşudur, amma ayrı-ayrı dairələrdir. Mən müraciət edəndə olduğum dairədən heç kim sənədləri təqdim etməmişdi. Amma İlqar Məmmədov artıq qeyd etdiyim dairələrdən birindən sənədlərini verib. Ümumiyyətlə, biz çalışacağıq ki, partiya sədrləri bir dairəyə düşməyək. Bir-birimizə öz dairələrimizdə güzəşt etmək istəyirik”, -deyə Tural Abbaslı qeyd edib.
Məsələ ilə bağlı REAL partiyasının sədri İlqar Məmmədovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:45 / 11.07.2024
İlqar Məmmədovla Tural Abbaslı eyni dairədən namizədlik verir? - AÇIQLAMA
Hazırda oxunan: İlqar Məmmədovla Tural Abbaslı eyni dairədən namizədlik verir? - AÇIQLAMA
Hazırda oxunan: İlqar Məmmədovla Tural Abbaslı eyni dairədən namizədlik verir? - AÇIQLAMA
201556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.