Maya Sandu etiraf etdi: Moldovaya müasir ordu lazımdır

Maya Sandu etiraf etdi: Moldovaya müasir ordu lazımdır

Hazırda oxunan: Maya Sandu etiraf etdi: Moldovaya müasir ordu lazımdır

201535

Moldovaya müasir, yaxşı təchiz olunmuş ordu lazımdır ki, ölkə vətəndaşları özlərini təhlükəsiz hiss etsinlər.

Bizim.Media Moldova mediasına istinadla xəbər verir ki, bu barədə Prezident Maya Sandu müdafiə naziri Anatoli Nosatı ilə görüşdə bildirib. “Vətəndaşlarımız özlərini təhlükəsiz hiss etməlidirlər. Buna görə də biz vətəndaşların fəxr edə biləcəyi müasir, yaxşı təchiz olunmuş ordu qurmağa borcluyuq”, - deyə prezident bildirib.

Sandu qeyd edib ki, Moldovanın güclü dövlət olmasına kömək edə biləcək xarici tərəfdaşlara ehtiyac var. Onun sözlərinə görə, Moldova “heç kəsi təhdid etməyən dinc ölkədir” və ordunun gücləndirilməsinə yönəlmiş bütün tədbirlər ölkə konstitusiyasında təsbit olunmuş bitərəfliyə uyğundur.

Moldova Silahlı Qüvvələri MDB-də ən kiçik ordulardan biridir. Vəsaitə qənaət etmək üçün onun şəxsi heyəti təxminən 6,5 min nəfərə, hərbi xidmət müddəti isə 12 aya endirilib. Ordu 15 nəqliyyat təyyarəsi və helikopter, 200-ə yaxın zirehli maşın və 100-dən çox top və minaatanla silahlanıb. Onların da bir çoxu 1960-1980-ci illərin sovet tipli texnikasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO