"Zirə" Avropa Liqasında mübarizəyə start verir

Hazırda oxunan: "Zirə" Avropa Liqasında mübarizəyə start verir

201495

Bu gün "Zirə" UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif" klubu ilə üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, təmsilçimiz səfər matçında uğurlu nəticəyə imza ataraq doğma meydanda daha rahat çıxış etmək niyyətindədir. Amma "Şerif"lə görüşdə bu, heç də asan vəzifə sayılmır. Komandalar bu görüşə itkisiz çıxacaqlar.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da "Şerif" İdman Kompleksində reallaşacaq. Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra "Liv Bona Dea Arena"da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

11 iyul

UEFA Avropa Liqasının I təsnifat mərhələsi

"Şerif" - "Zirə"

Saat 21:00, "Şerif" İdman Kompleksi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO