İngiltərə və Niderland yığmalarının azarkeşləri Dortmundda komandalar arasında Avro-2024-ün yarımfinal matçı öncəsi kütləvi dava salıblar.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “Daily Mail” yayıb.
Matçdan bir neçə saat əvvəl holland azarkeşlər ingilis azarkeşlərin istirahət etdiyi bara hücum ediblər. Müxtəlif obyektlər, o cümlədən stullar və skamyalar ingilislərə doğru uçub. İlkin məlumata görə, beş ingilis azarkeş xəsarət alıb.
Davaya polis müdaxilə edib və bir neçə təhrikçini saxlayıb. Təsdiqlənməmiş məlumata görə, toqquşmadan əvvəl hər iki komandanın azarkeşləri tərəfindən təhqiramiz şüarlar səsləndirilib.
Niderland və İngiltərə milliləri bu axşam Avro-2024-ün finalına vəsiqə uğrunda mübarizə aparacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media