Eks “Qalatasaray”lı Azərbaycan Basketbol Federasiyasının idman direktoru oldu

Eks “Qalatasaray”lı Azərbaycan Basketbol Federasiyasının idman direktoru oldu

Hazırda oxunan: Eks “Qalatasaray”lı Azərbaycan Basketbol Federasiyasının idman direktoru oldu

201440

Azərbaycan Basketbol Federasiyası (ABF) rəyasət heyətinin qəbul etdiyi qərara əsasəsən, türkiyəli basketbol meneceri Turqay Zeytingöz, federasiyanın idman direktoru vəzifəsinə təyin olunub. 

Bizim.Media xəbər verir ki, onunla iki illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən Turqay Zeytingöz, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaqdır. 
2021-2023 -cü illərdə son iş yeri olan Türkiyənin "Qalatasaray" basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsində çalışmış Turqay Zeytingöz 2011-2017-ci illərdə Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. 
Bu dönəmdə bir dəfə Avropa çempionluğu, iki dəfə isə Avropa üçüncülüyü mükafatlarını qazanıb. 

O həm də, 2010-cu ildən etibarən "Banvit" basketbol klubunda da idman direktoru olaraq fəaliyyətini davam etdirib.

O 10 il davam edən "Banvit" karyerasında, türk basketboluna saysız-hesabsız gənc istedadlar yetiştirilməsində də böyük rol oynamışdır. "Banvit" in ikinci komandası "Bandırma Kırmızı" ilə ikinci liqada çempionluq (2011), "Banvit" ilə isə Basketbol Çempionlar Liqası finalı (2017), Türkiyə kuboku çempionluğu (2017) və Türkiyə çempionatında final (2013) uğurlarını əldə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO