Kürdəmirdə avtomobil su kanalına düşdü - FOTO

Kürdəmirdə avtomobil su kanalına düşdü - FOTO

Hazırda oxunan: Kürdəmirdə avtomobil su kanalına düşdü - FOTO

201427

Bakı-Qazax əsas magistral yolunda, Kürdəmir rayonunun Karrlar kəndi ərazisində ağır qəza baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, belə ki, “Mercedes” markalı mikroavtobusun sürücüsü  Gəncə sakini 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Canpolad oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Əhədov Yusif Ramil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar. 
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO