Read Qasımov Qazaxıstandan olan nümayəndə heyətini qəbul edib – FOTO

Read Qasımov Qazaxıstandan olan nümayəndə heyətini qəbul edib – FOTO

Hazırda oxunan: Read Qasımov Qazaxıstandan olan nümayəndə heyətini qəbul edib – FOTO

201359

İyulun 9-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov ölkəmizdə səfərdə olan Qazaxıstanın Manqistau vilayətinin akiminin müavini Erbol İzberqenovun başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirib.


Bizim.Media konkret.az-a istinadən xəbər verir ki, görüş zamanı son illər ərzində ölkəmizdə şəhərsalma sahəsində aparılan genişmiqyaslı layihə və tədbirlərə, eyni zamanda Bakı şəhərinin Baş Planına xüsusi diqqət yetirilib.

Qonaqlara innovativ həllər və müasir şəhərsalma standartlarından istifadə etməklə hazırlanan Baş Planın konsepsiyası və prioritetləri haqqında ətraflı məlumat verilib.


R.Qasımov həmçinin paytaxt ərazisində hazırda həyata keçirilən bir sıra layihələrdən söhbət açıb, şəhərin davamlı inkişafına yönəlmiş strateji məqsədlərdən danışıb.

E.İzberqenov ətraflı məlumata görə minnətdarlığını bildirərək, Bakının dayanıqlı inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirib, bu sahədə geniş təcrübə mübadiləsinin aparılmasında marağını ifadə edib.


Görüşdə həmçinin ikitərəfli əlaqələrin, o cümlədən ərazi planlaşdırılması, şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO