Bakıda iki qadın arasında DAVA - Bıçaqlananlar var

Bakıda iki qadın arasında DAVA - Bıçaqlananlar var

Hazırda oxunan: Bakıda iki qadın arasında DAVA - Bıçaqlananlar var

201311

Mərdəkan qəsəbəsində baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb. Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Vəliyeva Lalə Qiyas qızı rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Məmmədov Valeh Məmməd oğlu da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO