Elgiz Əkbər:

Elgiz Əkbər: "Vəfat edən həmin məşhur evində çirkin içində idi" - VİDEO

Hazırda oxunan: Elgiz Əkbər: "Vəfat edən həmin məşhur evində çirkin içində idi" - VİDEO

201280

"Tanınmış insanlar var ki, xəstələnib yatağa düşəndə evlərinə getmişəm, qoxudan burnumu tutub qalmışam. Adlarını heç vaxt çəkmərəm. Görmüşəm ki, çirkin içindədir. Dedim, axı bu insan sizin üçün nələr etdi, zülm çəkdi, hamınıza ev aldı. Siz də bu yazığa baxın da..."

Bizim.Media xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" verilişində deyib.

Elgiz xəstəlik səbəbindən yatağa məhkum olan bəzi incəsənət nümayəndələrinin ailə üzvləri tərəfindən baxımsız, natəmiz şəraitdə saxlanılmasından şikayətlənib:

"Bir dəfə proqramımızın müxbiri Afət Rahilqızı gedib söhbətini etdiyim məşhurun evinə. Oradan bizə görüntülər gəlib və verilişin başlamasına da 2 dəqiqə qalıb. 

Baxıram ki, çarpayıya sərilən döşək üzünün rəngini təyin etmək mümkün deyil. Rəhmətliyin dırnaqları uzun və çirkin içində. Ev nə gündə, şoka düşdüm. Bizim dostluq münasibətimiz var idi. Dedim ki, gəlin, bunu efirə verməyək. Biabırçılıqdır, göstərsək, ayıb olacaq. Rəhmətliyi aparıb kəfənləsinlər, ondan sonrakı görüntüləri nümayiş etdirək. 
Ailə üzvləri, sənətkarlara baxın! Onların qayğısına qalın. Birinci siz onların dəyərini bilməlisiniz. Sonra isə özgələri".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO