STATİSTİKA: Azərbaycanda koronavirusa yoluxanların 3 faizi uşaqlardır

STATİSTİKA: Azərbaycanda koronavirusa yoluxanların 3 faizi uşaqlardır

Hazırda oxunan: STATİSTİKA: Azərbaycanda koronavirusa yoluxanların 3 faizi uşaqlardır

20128

Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb.

Bizim.Media xəbər verir ki, ən çox yoluxma 30-39 yaş arası (21 %) şəxslərdə qeydə alınıb.

0-9 yaş arası olanlarda yoluxma 3 %, 10-19 yaş arasında 6 %, 20-29 yaş arasında 16 %, 30-39 yaş arasında 21 %, 40-49 yaş arasında 15 %, 50-59 yaş arasında 18 %, 60-69 yaş arasında 15 %, 70-79 yaş arasında 4 %, 80 yaş üzəri olanlarda isə 2 % təşkil edir.

Yoluxanların 49 %- i kişi, 51 %-i isə qadınlardır.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər 322 761 nəfər COVID-19-a yoluxub və onlardan 296 875 nəfəri sağalıb.

Ümumilikdə isə 4 597 nəfər dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 21 289 nəfər təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO