Pezeşkian:

Pezeşkian: "Rusiya ilə münasibətləri gücləndirəcəyik"

Hazırda oxunan: Pezeşkian: "Rusiya ilə münasibətləri gücləndirəcəyik"

201261

İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Pezeşkian iki dövlətin BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və beynəlxalq, həmçinin regional təşkilatların platformalarında əməkdaşlığın vacibliyini vurğulayıb:

"İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq haqqında sazişlə bağlı sənədlərin hazırlanması başa çatıb, biz onu Rusiyada keçiriləcək BRICS sammiti çərçivəsində imzalamağa hazırıq".
Vurğulanıb ki, İslam Respublikasının yeni hökuməti mayın 19-da təyyarə qəzasında həlak olmuş sabiq dövlət başçısı İbrahim Rəisi dövründə əldə edilmiş bütün İran-Rusiya razılaşmalarının həyata keçirilməsinə çalışacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO