Bakıda baş həkimin otağına benzin tökərək yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda DƏHŞƏT: Xəstə baş həkimin otağını benzinlə yandırdı – FOTO
Qeyd edilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Bizim.Media