Milyarder ərindən boşanan Alsu Moskvadakı lüks mənzilini SATIŞA ÇIXARTDI - FOTO

Milyarder ərindən boşanan Alsu Moskvadakı lüks mənzilini SATIŞA ÇIXARTDI - FOTO

Hazırda oxunan: Milyarder ərindən boşanan Alsu Moskvadakı lüks mənzilini SATIŞA ÇIXARTDI - FOTO

201123

Xəbər verdiyimiz kimi, Rusiyalı müğənni Alsu 18 ildir evli olduğu yəhudi milyarder iş adamı Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, cütlük artıq əmlakı bölməyə başlayıblar (müğənni iyulun əvvəlində məhkəməyə müvafiq iddia qaldırıb - red).

Ulduz yetkinlik yaşına çatdıqda valideynlərinin ona hədiyyə etdiyi bir əmlakı satışa çıxarıb. Söhbət Moskvanın mərkəzində, "Nikitski" bulvarında, 15/16 ünvanında yerləşən evdə 5 otaqlı mənzildən gedir.
Ümumi sahəsi 247 kvadratmetr olan mənzil 3 yataq otağı və eyni sayda hamam otağı, mətbəx-yemək otağı, əşyalar üçün nəzərdə tutulan otaq, soyunub-geyinmə otağı, sauna və geniş zaldan ibarətdir.

Mənzil neoklassik üslubda dizayn olunub və çox sayda antik mebellərlə təchiz edilib. Bu rahat yuvanın qiyməti 299 milyon rubl təşkil edir.

Həmçinin Alsu iş adamı Yan Abramovla bir çox başqa daşınmaz əmlakı bölüşməli olacaq. "Mash" teleqram kanalının əldə etdiyi məlumatına görə, bunlar Leninqradskoye Şossedəki elit Moskva yaşayış kompleksindəki mənzillər, Rublyovkadakı dördmərtəbəli malikanə, Krımda şəxsi çimərliyi olan kottec və Londonda "St John's Woodda"kı mənzildir.

















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO