Məşhur ispan futbolçu karyerasını BAŞA VURDU

Məşhur ispan futbolçu karyerasını BAŞA VURDU

Hazırda oxunan: Məşhur ispan futbolçu karyerasını BAŞA VURDU

201120

"Liverpul"la müqaviləsi başa çatan Tiaqo Alkantara gələcəyi ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, ispan yarımmüdafiəçi karyerasını başa vurub. Bu barədə futbolçu özü sosial şəbəkə hesabında paylaşım edib. 33 yaşlı orta xətt oyunçusu hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Tiaqo Alkantara "Barselona"nın yetirməsidir. Ulduz futbolçu Kataloniya təmsilçisi ilə yanaşı, "Bavariya" və "Liverpul"da çıxış edib. O, karyerası ərzində 19 kubok qazanıb.

Alkantara İspaniya millisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO