Tbilisi meri: “Heç kimə imkan verilməyəcək ki, Gürcüstan hakimiyyətinə göstəriş versin”

Tbilisi meri: “Heç kimə imkan verilməyəcək ki, Gürcüstan hakimiyyətinə göstəriş versin”

Hazırda oxunan: Tbilisi meri: “Heç kimə imkan verilməyəcək ki, Gürcüstan hakimiyyətinə göstəriş versin”

201108

“Gürcüstan hakimiyyəti ABŞ-la əməkdaşlığa və dostluğa hazırdır, lakin bu, qarşılıqlı olmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze bildirib.

O, ABŞ Müdafiə Nazirliyinin “Layiqli tərəfdaş” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salmaq qərarından təəssüfləndiyini bildirib.

Tbilisi merinin sözlərinə görə, o, münasibətlərin dəyişəcəyinə ümid edir: “Gürcüstan kiminsə vassalı ola bilməz və Gürcüstan müstəqil, suveren dövlət. Bunun üçün əcdadlarımız döyüşüb, qan töküblər və heç kimə imkan verilməyəcək ki, Gürcüstan hakimiyyətinə göstəriş versin, dövlətimiz və əhalimiz üçün problem yaradacaq bir addım atsın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO