Fərid Şahbazlı: “Qarabağ bəyannaməsi Türk əsrinin başlanğıcının müjdəçisidir”

Fərid Şahbazlı: “Qarabağ bəyannaməsi Türk əsrinin başlanğıcının müjdəçisidir”

Hazırda oxunan: Fərid Şahbazlı: “Qarabağ bəyannaməsi Türk əsrinin başlanğıcının müjdəçisidir”

201088

“Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü olduqca səmərəli, məhsuldar, dostluq və qardaşlıq atmosferində baş tutdu. Görüşün yekunu olaraq Qarabağ bəyannaməsinin imzalanması gələcəkdə tarix dərsliklərinə salınacaq qədər mühüm hadisədir”.

Bizim.Media xəbər verir ki, bu sözləri ditor.az-a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Qarabağ bəyannaməsində Türk dövlətləri arasında gələcək əməkdaşlıq əlaqələrini və strateji tərəfdaşlığə inkişaf etdirəcək mühüm istiqamətlər yer alıb:

“Bəyannamədə türk dövlətləri arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulanıb.

TDT liderləri iqtisadi məsələlərlə yanaşı, bir sıra qlobal beynəlxalq problemlərə da münasibət bildiriblər. Qəbul olunmuş yekun sənəddə xüsusilə Qəzzada baş verən humanitar fəlakət vəziyyətinə görə dərin narahatlıq ifadə olunur, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsi, o cümlədən 1967-ci il sərhədlərinə uyğun paytaxtı Şərqi Qüds olmaqla suveren və vahid Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınmasına dəstək ifadə olunub”.

F.Şahbazlı bildirib ki, bir zamanlar əlçatmaz kimi görünən, bəzi hallarda hətta şair və yazıçıların poetik düşüncə tərzi kimi qələmə verilən arzu və xəyallar bu gün gerçək olur:

“Türk xalqlarının əsrlərdən bəri ürəklərində ürkək-ürkək bəsləyib böyütdükləri mənəvi birlik, bu gün dünyanın gözü qarşısında, qlobal siyasi müstəvidə böyük iqtisadi və siyasi birliyə çevrilməkdədir. Tam əminliklə deyə bilərik ki, sabah bu xalqların və dövlətlərin NATO tipində hərbi birliyinin yaradılması da artıq heç kəsi təəccübləndirməyəcək. Çünki bu qarşısıalınmaz, təbii bir prosesdir və onun sürət götürməsində bütün türk dövlətlərinin, xüsusilə də Azərbaycanın və onun liderinin önəmli rolu var. Azərbaycan 44 günlük müharibədə parlaq zəfər qazanaraq, türk xalqlarının gücünü və özünəinamını geri qaytardı. Azərbaycan Türk dövlət başçılarını Qarabağa, böyük zəfərin zirvəsi olan Şuşaya toplamaqla həm türkün dostlarına, həm də düşmənlərinə bir növ mesaj göndərdi: Türk əsri artıq başlayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO