65 yaşlı Madonna gənc oğlanın qollarında FOTOLARINI paylaşdı 

65 yaşlı Madonna gənc oğlanın qollarında FOTOLARINI paylaşdı 

Hazırda oxunan: 65 yaşlı Madonna gənc oğlanın qollarında FOTOLARINI paylaşdı 

200973

Dünya pop musiqisinin əfsanəsi Madonna sosial şəbəkədəki paylaşımı ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, 65 yaşlı sənətçi qara dərili bir gənclə çəkdirdiyi yeni fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. 

Diqqətçəkən məqam isə şəkillərdə həmin oğlanın üzünün görünməməsi olub. Fotolarda Madonnanın gənclə həddən artıq səmimi olması əks olunub. Pərəstişkarları bunu pop ulduzun yeni eşqə yelkən açması ilə əlaqələndiriblər. 

Qeyd edək ki, keçmiş sevgilisi Riçardla görüşməzdən bir neçə gün əvvəl Madonna əvvəlki sevgilisi Coş Popperdən ayrılıb.
Coş Popper həm də boksçudur. 30 yaşlı idmançı müğənni ilə övladlarını məşq edəndə yaxın olub. Lakin onların bir il davam edən münasibətləri Madonnanın gərgin iş qrafiki səbəbindən sona çatıb. O, qastrol səfərinə intensiv hazırlaşmış və hətta həddindən artıq gərginlikdən xəstəxanaya düşmüşdü. İkili arasında düşmənçilik yoxdur.

Onlar bir-birlərini daha az görməyə başlasalar da, dost olaraq qalıblar.

Xatırladaq ki, Popperlə görüşməzdən əvvəl Madonna model ondan 41 yaş kiçik Endryu Darnelldən ayrılıb. Ondan əvvəl bir neçə il müğənni 36 yaş kiçik rəqqas Ahlamalik Villiams ilə görüşüb. 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO