Zaqatala sakinlərinə ŞAD XƏBƏR! Torpaqların çıxarışları pulsuz veriləcək 

Zaqatala sakinlərinə ŞAD XƏBƏR! Torpaqların çıxarışları pulsuz veriləcək 

Hazırda oxunan: Zaqatala sakinlərinə ŞAD XƏBƏR! Torpaqların çıxarışları pulsuz veriləcək 

200964

Zaqatala rayonunda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar vətəndaşlara pulsuz veriləcək. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkə başçısının 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrası olaraq Zaqatala şəhərində bir ədəd “ASAN xidmət” avtobusu vasitəsi ilə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların vətəndaşlara pulsuz verilməsi təmin edilir. 

Bu proses 2025-ci il yanvarın 1-ə kimi davam edəcək. Belə ki, 1 yanvar 2025 ci il tarixdən sonra müraciət edən vətəndaşlar “Çıxarış”ların əldə edilməsi üçün ən azı 236 manat ödəmək məcburiyyətində olmaqla ödənişsiz xidmətdən istifadə etmək fürsətini əldən vermiş olacaqlar.
Hazırda rayonun müvafiq təşkilatları xüsusən yerli bələdiyyə və icra orqanları sakinlər üçün yaradılan bu fürsətdən səmərəli yayarlanmaları üçün maarifləndirmə işi aparır.

Görüşlərdə yuxarıda göstərilənləri nəzərə alaraq sakinləri “Çıxarış” əldə etmələri üçün rayon mərkəzində fəaliyyət göstərən “ASAN xidmət” avtobusuna müraciət etmələri tövsiyə edilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO