Mikayıl Cabbarov gənc güləşçilərimizi təbrik etdi - FOTO

Mikayıl Cabbarov gənc güləşçilərimizi təbrik etdi - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov gənc güləşçilərimizi təbrik etdi - FOTO

200949

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Serbiyada keçirilən U20 Avropa çempionatında yüksək nəticə əldə etmiş gənc idmançıları təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə paylaşım edib.

“Serbiyada keçirilən U20 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış ediblər.

- Sərbəst güləş üzrə millimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.

- Yunan-Roma güləşi üzrə millimiz 1 gümüş və 3 bürünc medalla komanda hesabında 3-cü yeri tutub.

- Qadın güləşi üzrə millimiz isə 1 qızıl medal qazanıb.

Avropa çempionatında medal qazanan bütün idmançılarımızı və məşqçilərimizi təbrik edirik. İnanıram ki, bu qələbələr daha böyük nailiyyətlərə yol açacaq”, – o qeyd edib.

Xatırladaq ki, Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO