Satışda olan kolbasa ilə bağlı dəhşətli fakt ortaya çıxdı - VİDEO

Satışda olan kolbasa ilə bağlı dəhşətli fakt ortaya çıxdı - VİDEO

Hazırda oxunan: Satışda olan kolbasa ilə bağlı dəhşətli fakt ortaya çıxdı - VİDEO

200930

Tez-tez istifadə etdiyimiz ət məhsullarından biri də kolbasadır. Belə ət məhsulları hazırlanarkən müəyyən dadverici qatqılardan istifadə edilir. Bu isə insan həyatı üçün təhlükəlidir.

Yaxın günlərdə isə "CF Kristal" adlanan kolbasalarda zərərli maddələr aşkarlandığı iddia edilir.

Bizim.Media xəbər verir ki, mövzuya qida sahəsi üzrə mütəxəssis Ağa Salamov münasibət bildirib.

Onun sözlərinə görə, kolbasanın tərkibində olan maddələr insanda mədə pozğunluğuna gətirib çıxarır:

"Belə maddələrdən əsasən işlənmiş ətlərdə istifadə olunur. Ancaq qatqılardan istifadə edərkən, onun miqdarına xüsusi fikir verilməlidir".

Həkim-diyetoloq Şəfa Yadigarova isə qeyd edib ki, kolbasa və sosiska məhsullarından istifadənin əleyhinədir. 

O vurğulayıb ki, hər hansı bir ət məhsulunu kolbasa məhsuluna gətirib çıxarmaq üçün ona rəngverici və dadverici maddələr qatırlar.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, bu kimi hallara qarşı mütəmadi olaraq yoxlamalar aparılır.

Daha ətraflı "ATV Xəbər"in süjetində:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO