Millimizin keçmiş üzvü “Səbail”ə keçir

Millimizin keçmiş üzvü “Səbail”ə keçir

Hazırda oxunan: Millimizin keçmiş üzvü “Səbail”ə keçir

200906

"Səbail"in heyətini U-21 yığmamızın keçmiş üzvü, Azərbaycan millisinə də cəlb edilmiş Mert Çeliklə gücləndirmək isrəyir. 

Bizim.Media xəbər verir ki, "Başakşehir"dən ayrılan futbolçu artıq Ərzuruma yollanıb. Mert artıq "Səbail"in düşərgəsinə qoşulub və kollektivlə birlikdə yeni sezonun hazırlıqlarını davam etdirir.

Paytaxt klubu onunla müqavilənin bütün detallarını razılaşdırıb və yaxın günlərdə rəsmi müqavilə haqda açıqlama veriləcəyi gözlənilir.

24 yaşlı futbolçu 2019-cu ildən "Başakşehir"də oynayırdı. O, bu illərdə "Kırşehir Belediyyespor", "Neftçi" və "Bandırmaspor" klublarında icarə əsasında çıxış edib. Futbolçu Türkiyə U-19, U-20 və Azərbaycanın U-21 yığmasının sabiq üzvüdür.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO