Xidməti vəzifəsini yerinə yetirərkən vəfat edən polis kapitanı dəfn edildi - VİDEO

Xidməti vəzifəsini yerinə yetirərkən vəfat edən polis kapitanı dəfn edildi - VİDEO

Hazırda oxunan: Xidməti vəzifəsini yerinə yetirərkən vəfat edən polis kapitanı dəfn edildi - VİDEO

200875

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı Fəxrəddin Nəsirov dəfn edilib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, iyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə səkkiz dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Səlahəddin oğlu Məmmədov polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.
M.Məmmədov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.

Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO