Bakıda lombard yandı

Bakıda lombard yandı

Hazırda oxunan: Bakıda lombard yandı

200846

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə metronun "Nizami" stansiyasının yaxınlığında qeydə alınıb.

Cəfər Cabbarlı 10B ünvanında yerləşən sahəsi 15 kvadratmetr olan lombardda yanğın baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) üç yanğınsöndürmə texnikası və canlı briqadası cəlb edilib.

Yanğınsöndürənlər obyektdə olan yanar konstruksiyaları alovdan qoruyaraq çölə çıxarıblar.

Alovun digər obyektlərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, hadisəyə səbəb kondisionerin elektrik naqilinin əriməsi olub. Hazırda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO