Ərdoğan Türkiyə millisinin futbolçuları ilə görüşdü - VİDEO

Ərdoğan Türkiyə millisinin futbolçuları ilə görüşdü - VİDEO

Hazırda oxunan: Ərdoğan Türkiyə millisinin futbolçuları ilə görüşdü - VİDEO

200836

Prezident Rəcəb Tayyib Ərdoğan Niderland yığması ilə matçdan sonra soyunub-geyinmə otağına enərək Türkiyə yığmasının futbolçuları ilə görüşüb.

Bu barədə Bizim.Media “A Haber" telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, qarşılaşmanı stadionda izləyən Rəcəb Tayyib Ərdoğan matçdan sonra soyunub-geyinmə otağına enərək milli futbolçuları təbrik edib.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 1/4 final matçından sonra soyunub-geyinmə otağında millini ziyarət edib”, - Ərdoğanın sosial şəbəkədəki rəsmi hesabında edilən paylaşımda qeyd olunub.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçı keçirilib. Oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.

Türkiyə millisinin ehtiyat oyunçular skamyasında olan hücumçusu Bertuğ Yıldırım isə 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Beləliklə, Niderland yığması Avropa çempionatının yarımfinalına yüksəlib.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO