Ronaldo:

Ronaldo: "Portuqaliya daha yaxşısına layiq idi"

Hazırda oxunan: Ronaldo: "Portuqaliya daha yaxşısına layiq idi"

200816

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2024-ün 1/4 finalında Fransaya uduzaraq (0 :0, penatilər -3:5) turnirdə mübarizəni dayandırdıqları oyundan sonra azarkeşlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Biz daha çox istəyirdik. Portuqaliya daha yaxşısına layiq idi. Bizə verdiyiniz hər şeyə və bu günə qədər əldə etdiklərimizə görə sizəminnətdarıq. Əminəm ki, meydanda və meydandan kənarda bu irs hörmətlə qarşılanacaq".
Xatırladaq ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 212 matçda iştirak edib, 130 qol vurub, 47 qolun ötürməsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO