Berlin küçələrində türkiyəli azarkeşlərdən

Berlin küçələrində türkiyəli azarkeşlərdən "bozqurd" MESAJI - FOTO/VİDEO 

Hazırda oxunan: Berlin küçələrində türkiyəli azarkeşlərdən "bozqurd" MESAJI - FOTO/VİDEO 

200791

Xəbər verdiyimiz kimi bu axşam Türkiyə milli komandası Avro-2024-ün 1/4 final mərhələsi çərçivəsində Niderlandla üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, artıq Almaniyanın Berlin şəhərində keçiriləcək matçın türkiyəli azarkeşləri küçələrə axışaraq böyük bayram abu-havası yaradıblar.

Azarkeşlər “Mehtər marşı” oxuyub, Türkiyə millisi üçün dəstək şüarları səsləndiriblər.

Diqqətçəkən məqam isə azarkeşlərin “bozqurd” işarəsini əks etdirən köynəklərdə və qurd maskasında küçələrdə dolaşmalaları olub. Bununla türkiyəli azarkeşlər UEFA-nın son qərarına etirazlarını ifadə ediblər.

Qeyd edək ki, futbolçu Merih Demiral Avstriya ilə görüşdə "bozqurd" işarəsi göstərdiyi üçün UEFA ona 2 oyunluq cəza verib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, qarşılaşma Bakı vaxtilə saat 23:00-da Berlin Olimpiya Stadionunda baş tutacaq.
 








Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO