Macarıstanlı nazir: “ Prioritet məsələ TDT ilə əlaqələri gücləndirməkdir”

Macarıstanlı nazir: “ Prioritet məsələ TDT ilə əlaqələri gücləndirməkdir”

Hazırda oxunan: Macarıstanlı nazir: “ Prioritet məsələ TDT ilə əlaqələri gücləndirməkdir”

200711

Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə TDT ölkələri ilə əlaqələrin gücləndirilməsi prioritet məsələdir.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Şuşada keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir türk dövlətlərinin qlobal əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb.
O, həmçinin qlobal böhranlar, xüsusən də Ukraynadakı münaqişə kontekstində dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, Macarıstan dünyanın yenidən parçalanmasının qarşısını almağa çalışır, əlaqələrə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa sadiqdir.

Nazir Macarıstanın bu yaxınlarda Macarıstan şirkətlərinin regional bazarlara çıxışını genişləndirən Türk İnvestisiya Fonduna 100 milyon ABŞ dolları məbləğində töhfəsindən danışıb.

P.Siyarto qeyd edib ki, ötən il bu ölkələrlə ticarət dövriyyəsinin həcmi 27% artaraq 5 milyard ABŞ dollarına çatıb.

XİN rəhbəri mədəniyyət və təhsil mübadilələrinin mühüm rolunu da vurğulayıb: "Bu il Macarıstanda türk dövlətlərindən olan 1585 tələbə təqaüdlə təhsil alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO