Rəşad Dağlının övladlarının növbəti il üçün də təhsili haqqı ÖDƏNİLİB - VİDEO

Rəşad Dağlının övladlarının növbəti il üçün də təhsili haqqı ÖDƏNİLİB - VİDEO

Hazırda oxunan: Rəşad Dağlının övladlarının növbəti il üçün də təhsili haqqı ÖDƏNİLİB - VİDEO

200696

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının övladlarının növbəti təhsil ilinə olan problemi həll olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı söz xiridarının oğlu Yusif və qızı Bətül sosial şəbəkə hesabında məlumat yayıblar.

Özəl məktəblərin birində təhsil alan Rəşadın uşaqları bildiriblər ki, ötən il onların təhsilhaqqısını ödəyən şəxs bu il də onlara yardım edib:

"Keçən il təhsilhaqqımızı ödəyən anonim şəxs bu ilin də ödənişini edib. Təşəkkür edirəm. Həmin şəxsin kim olduğunu öyrəndim. O, istəmir ki, kim olduğunu hamı bilsin. Amma adı Anar Əlizadədir. O, adam üçün dua edirik. Deyib ki, təhsilimizdə nə problem olsa, bizə kömək edəcək".

Qeyd edək ki, qonşusunu qətlə yetirdiyinə görə Rəşad Dağlı 9 il 6 ay həbs cəzası alıb.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO