İranın yeni seçilmiş prezidenti siyasi rəqiblərinə müraciət edib

İranın yeni seçilmiş prezidenti siyasi rəqiblərinə müraciət edib

Hazırda oxunan: İranın yeni seçilmiş prezidenti siyasi rəqiblərinə müraciət edib

200691

Prezident seçkilərinin ikinci turunda qalib gələn İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian siyasi rəqiblərini “qardaş” adlandırıb və hər kəsə dostluq əli uzadacağına söz verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.

“Hər kəsə dostluq əli uzadacam, hamını ölkənin inkişafına cəlb edəcəm. Rəqiblər mənim qardaşlarımdır”, - o vurğulayıb.

Xatırladaq ki, İranın Seçki Komissiyasının rəhbəri Möhsün Eslami ikinci turda 16 milyon 384 min 403 seçicinin səs verdiyi islahatçı Məsud Pezeşkianın seçkilərdə qalib gəldiyini açıqlamışdı. M.Pezeşkianın rəqibi, mühafizəkarlar qanadının namizədi Səid Cəlili isə 13 milyon 538 min 179 səs toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO