Daha 2 şəhidimizin yeni doğulan övladlarının xərci ödəndi - FOTO

Daha 2 şəhidimizin yeni doğulan övladlarının xərci ödəndi - FOTO

Hazırda oxunan: Daha 2 şəhidimizin yeni doğulan övladlarının xərci ödəndi - FOTO

20063

Daha iki şəhidimizin yeni doğulan övladlarının xərci ödənib.

Prezident Yanlında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, şəhidimiz Azər Əliyevin Ağcabədi şəhərində doğulan övladı Əlinin, şəhidimiz Anar Qorçuyevin Sumqayıt şəhərində doğulan övladı Anarın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. 

Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. 

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah şəhidlərimizə rəhmət etsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO