“Koroğlu” – Buzovna xətti üzrə hərəkət edən 107 saylı marşrut avtobuslarında sürücülər tərəfindən özünəməxsus gediş tarifləri müəyyənləşdirilib. Belə ki, son qiymət artımından sonra gediş haqqı 70 qəpik müəyyənləşsə də, sürücü onlardan 80 qəpik tələb edib.
Bu barədə Bizim.Media-ya həmin avtobusdan mütəmadi istifadə edən bir neçə sərnişin müraciət edib.
Dediklərinə görə sürücülər kartsız işləyən bu avtobusda hər dəfə sərnişinlərdən fərqli gediş haqqı tələb edirlər. Bu isə haqlı olaraq sərnişinlərin ciddi narazılığına və narahatlığına səbəb olub.
Maraqlıdır, təqdim olunan gediş haqqıdan çox ödəniş tələb edən belə sürücülər barədə hansı tədbirlər görüləcək?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyininə (AYNA) sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında məsələnin araşdırılacağını bildirib:
“Məsələ araşdırılacaq. Belə hal müəyyən edilərsə, sürücü barədə tədbir görüləcək. Həmçinin daşıyıcıya tarifin düzgün tətbiqi və gediş haqqının sərnişinlərin görə biləcəyi yerdə yerləşdirilməsi ilə bağlı tapşırıq verilib”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 06.07.2024
“Koroğlu-Buzovna” avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir? - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: “Koroğlu-Buzovna” avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir? - Rəsmi AÇIQLAMA
Hazırda oxunan: “Koroğlu-Buzovna” avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir? - Rəsmi AÇIQLAMA
200596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.